Nizami və Nəsimi polis əməkdaşları hüquqpozmalara qarşı tədbirləri davam etdirir

Tədbirlər zamanı səkiləri, eyni zamanda, yol kənarlarını zəbt edərək piyadaların və nəqliyyatın hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradan pərakəndə ticarət, tullantıların qalaqlanması, həmçinin iaşə obyektlərindən çirkab suların küçəyə axıdılması halları polis əməkdaşları tərəfindən aşkarlanaraq aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.
Hüquqpozmalara yol verən şəxslərlə izahedici söhbətlər aparılaraq xəbərdarlıq edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.


