"Xaçatryanın iştirak etdiyi hücumda qohumlarım öldürülüb və yaralanıb" - Meşəli sakini

Bunu 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın cinayət işi üzrə keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Elşad İbadullayev söyləyib.
Onun sözlərinə görə, Vaqif Xaçatryanın da iştirak etdiyi hücumda qohumları öldürülüb və yaralanıb. Həmçinin evləri, bütün tikililəri ermənilər tərəfindən dağıdılıb.