Lənkəranda TƏHLÜKƏLİ VƏZİYYƏT – Rabitə dirəyi asılı vəziyyətdə QALIB

Xalqxeber.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görütülər paylaşılıb və şərhlərdən də belə anlaşılır ki, problem uzun müddətdir ki, mövcuddur.
Hətta qəsəbə əhalisinin iddiasına görə dəfələrlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə problemlə bağlı müraciət ediblər.
Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Alidə Mustafayeva
Bizim.Media-ya açıqlamasında məsələnin araşdırıldığını və əraziyə baxış keçiriləcəyini bildirib. Mövzunu diqqətdə saxlayacağıq.
