'Oba'da ənənəvi piştaxta-kassa toqquşması - GİLEY

Narazı vətəndaş daha sonra qeyd edib: "Bu qədər ÖZBAŞINALIQ olmaz. Nəm salfet alıram... ref qiyməti 1,49 manat...
Gəlirəm kassaya və sürpriz... 1,90 manat çıxır.
Deyirəm, niyə belə? Deyir, ola bilməz.. rəf qiymətini özünə göstərəndə, deyir, vaxtım yoxdu dəyişməyə".
DİA.AZ xəbər verir ki, narazı vətəndaş problem yaşadığı filialın ünvanını da nişan verib. O bildirib: "Köhnə "Təfəkkür" universitetinin arxasındakı "Oba" market..."
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...