Mədəni irsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yeri gələndə GÖZ YUMUR... - BU DA FAKT!!!

Daha əvvəl memarlıq abidəsinə müdaxilə olunması barədə məsələyə aydınlıq gətirən Mədəniyyət Nazirliyi yanında Mədəni irsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən mətbuata bildirilmişdi ki, qanun pozuntusuna yol vermiş şəxslərin cəzalandırılması üçün hüquq-mühafizə orqanları ilə birgə iş aparılır. Rəsmi qurumlar qanun pozuntusunun aradan qaldırılacağı, eyni zamanda memarlıq abidəsinin bərpa olunacağı vədini versələr də, uzun müddət keçməsinə baxmayaraq, hələ də heç bir nəticə yoxdur. Maraqlıdır, hüquq-mühafizə orqanları ilə birgə aparılan işin nəticəsi necə oldu?
Xalqxeber.az bildirir ki, bu barədə Pravda.az Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə sorğu ünvanlayıb.

Dövlət Xidmətindən sorğumuza gələn cavab isə belə olub: “Bununla bağlı hələ ki bir yenilik yoxdur...”
Bir il müddətində heç bir tədbir görülməməsi müəmmalıdır...
Məsələni diqqətdə saxlayacağıq.