Araik Arutyunyan artıq Bakıda dindirilib - AÇIQLAMA

Araik Arutyunyan artıq Bakıda dindirilib - AÇIQLAMA
“Arutyunyan dindirilib, yalnız onu deyə bilərəm ki, onun verdiyi ifadə bir çox suallara cavab tapmağa kömək edəcək”.

Bu barədə onun vəkili Alov Səfərəliyev azinforum.az-a məlumat verib. 

Onun sözlərinə görə, Arutyunyanın fiziki və psixoloji vəziyyəti normaldır. 

"Mən onu Azərbaycan Respublikasının qanunlarına və hüquqi etikaya uyğun olaraq müdafiə edəcəyəm. Bir sözlə, peşə borcumu vicdanla yerinə yetirəcəyəm", - vəkil əlavə edib.
Geri qayıt