DSX həqiqi hərbi xidmətə qəbul elan etdi

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.
Məlumata görə, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmək arzusunda olan vətəndaşlar DSX-yə qəbul olunmaq üçün sənədlərini təqdim edə bilərlər.
Namizədlər aşağıdaki tələblərə cavab verməlidir:
Müddətli həqiqi hərbi xidmət keçmiş olmalı;
30 yaşı keçməməli;
Fiziki cəhətdən sağlam olmalı;
Müraciət etmək istəyən kişi namizədlərin Dövlət Sərhəd Xidmətinin Aparatına və ya yaxınlıqda yerləşən hərbi hissələrin kadr bölmələrinə yaxınlaşması xahiş olunur.