Abşeron rayon DYP əməkdaşları intizamsız sürücülərə qarşı profilaktik tədbirlər keçirib

Ekoloji normalara cavab verməyən avtomobil sahibləri inzibati qaydada məsuliyyətə cəlb olunublar. “Təmiz hava" aylığı çərçivəsində keçirilən tədbir zamanı rayon ərazisində xeyli sayda sürücü barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun protokol tərtib edilib.
Həmçinin, Xırdalan şəhərində yol polislərinin cari il ərzində intizamsız sürücülərə qarşı keçirdikləri proflaktik tədbirlər zamanı protokolar tərtib edilib. O cümlədən, avtomobili sərxoş vəziyyətdə idarə edən, narkotikin təsiri altında sükan arxasında əyləşən, sürücülük hüququ olmayan, avtoxuliqanlıq edən, polisin qanuni saxla əmrinə tabe olmayan, yük və sərnişindaşıma qaydalarını pozan, dayanma-durma qaydalarına əməl etməyən sürücülər barəsində inzibati protokol tərtib edilib. Avtomobilinə əlavə avadanlıqlar quraşdıran, eləcə də digər yol hərəkəti qaydalarını pozan sürücülər barəsində də müvafiq tədbirlər görülüb.
Abşeron rayonu ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan intizamsız sürücülərə qarşı profilaktiki tədbirlər mütəmadi olaraq davam etdiriləcək.


