Tanınmış idmançı qızı ilə Zəhranın məzarı önündə - VİDEO

Tanınmış idmançı qızı ilə Zəhranın məzarı önündə - VİDEO Tanınmış idmançı Kamil Zeynallı qızı ilə birlikdə Ermənistanın qətlə yetirdiyi 2 yaşlı Zəhranın məzarını ziyarət edib.

İdmançı bu barədə İnstaqram səhifəsində foto və video paylaşıb.

Zəhranın ailəsinə başsağlığı verən Kamil Zeynallı məzarı üstünə oyuncaq gəlincik qoyub.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.
Geri qayıt