Dövlət Gömrük Komitəsinin Akademiyasında 121 min manatlıq forma "alış-veriş"i - TƏFƏRRÜAT

Xalqxeber.az 32gun.az-a istinadla xəbər verir ki, tenderin qalibi “ÖZAKTEKS TEKSTİL TRİKOTAJ” MMC olub. Tərəflər arasında 124.446,34 AZN-lik müqavilə imzalanıb.
Tenderə qadın və kişi üçün pencəklər, qış şalvarları, köynəklər, gödəkçə, yay T-shirtləriın və şalvarların tikilməsi daxildir.
Bildirək ki, nizamnamə kapitalı 10 AZN olan “ÖZAKTEKS TEKSTİL TRİKOTAJ” MMC-nin qanuni təmsilçisi Elsevər Baxışov Zahir oğludur.
Xatırladaq ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, Gömrük xidməti general-mayoru Qulu Novruzovdur.