"Cənab Vilayət Eyvazov, ümidimiz Sizədir" - qazilər pulunu ala bilmir

beton istehsalıdır. "Biz Bakının Suraxanı rayonu ərazisində fəaliyyət göstəririk. Bu şirkət bizdən beton alıb, amma pulunu indiyə qədər ödəməyib”.
Qazilərin sözlərinə görə, şirkət sahibi onları yola verir və süründürür. Şikayətçilər xahiş ediblər ki, 61 min manatın qaytarılması ilə bağlı polis hərəkətə keçərsə, bu işin nəticəsi ola bilər. “Söhbət 600 manatdan getmir ki, göz yumaq, 61 min manat dəyərində beton alınıb, pulu verilmir. Biz dərdimizi kimə deyək, bu şirkət heç kəsi saymır. Həmin vəsait sağlamlığını itirmiş qaziləri, Qarabağ müharibəsi əlillərinin haqqıdır. Belə özbaşınalıq, dələduzluq olmaz. Ona görə cənab nazirdən xahiş edirik ki, səsimizə səs versin. Biz qazancımızla qazilərimizin dava-dərman, müalicə xərclərinə kömək oluruq. Bu haqsızlığı Allah götürməz. Qazinin haqqını yemək ən böyük günahlardan biridir. Həmin şirkət isə heç bir şikayətə, müraciətə reaksiya vermir. Cənab Vilayət Eyvazov, sizə inanırıq və bu xahişimizə daxili işlər orqanlarından cavab gələcəyinə ümid edirik".
Həsənov İlham Bəşir oğlu 070 421 31 41
Həziyev Ramiz Mərdan oğlu 070 732 19 68
Ağakişiyev Akif Xankişi oğlu 050 302 32 72
//ANAXEBER.İNFO//