Akif Süleymanovla bağlı-ŞOK İDDİA

Akif Süleymanovla bağlı-ŞOK İDDİA Redaksiyamıza Azərbaycan Texnologiya Universitetinin Rektoru Akif Süleymanovla bağlı bir-birindən iddialı məlumat daxil olub.
Məlumatda deyilir ki, ATU-nin rektoru Akif Süleymanov yeni rüşvət alma metodu tətbiq edib və ATU-də 300 manata DİPLOM və 21 manat Həmkarlar İttifaqına, Şəffaf rüşvətin dəyəri 220 000 -min manatdır.
Məlumatda iddia edilir ki, korrupsiyanın qapılarını tələbələrin üzünə açan rektor. 2017-ci ilin bütün məzunlarından 300 manat diploma və 21 manat da Həmkarlar İttifaqına pul yığılır.
Məlumatda deyilir ki, Akif Süleymanov ATU-nu büdcəsini yeyib dağıdıb və ATU-nin ,büdcəsi boşdur.
Məlumatda o da vurğulanır ki, 2015-ci ildə Maliyyə Nazirliyinin Azərbaycan Texnologiya Universitetində aşkarladığı maliyyə yeyintisi haqqında Korrupsiya idarəsində açılan iş yekunlaşaraq Gəncə Şəhər Ağır cinayətlər məhkəməsinə verilib. Hal-hazırda Universitetin müəllim və tələbələri Gəncə Şəhər Nizami rayon Ağır cinayətlər məhkəməsində dindirilir. Dəfələrlə Akif Süleymanovu Gəncə Şəhər ağır cinayətlər məhkəməsinə çağırsalar da Akif Süleymanov məhkəməni vecinə almır:
"Belə görünür, arxası çox güclüdür.Görünür Texnologiya Universitetini Rektorunun imkanları böyükdür, yəni qolu uzundur. Üç dəfədir ki, Texnologiya Universitetinin Rektoru Akif Süleymanov Gəncə Şəhər Nizami Rayon Ağır cinayətlər məhkəməsinə getməkdən boyun qaçırır"-deyilən məlumatda o da deyilir ki,
Akif Süleymanovun dövlət nişanlı 20 AA 520 nömrəli avtomobili məhkəmənin qarşısında dursa da, maşından yalnız Akif Süleymanovun "ŞOFERİ, CANGÜDƏNİ, KÖMƏKCİSİ, və Tədris üzrə PROREKTORU" Tağıyev Müzəffər Elxan oğlu düşür.Məlumata görə,Müzəffər adlı şəxs Universitetdə bir neçə vəzifəni icra edir, hətta rektorun qəbuluna da ondan icazə alınmasa girmək müşkül məsələdir. Texnologiya Universitetinin Rektoru Akif Süleymanov işə gəldikdə, ondan qabaq maşından düşərək universitetin ətrafındakı müəllim və tələbə heyətinə kənara çəkilin deyərək onlarla gobud danışan, şofer Müzəffər universitetdə əsas fiquraya çevrilib.
Daxil olan məlumatda o da qeyd edilir ki,2016-cı ilin noyabr ayında Azərbaycan Texnologiya Universitetin giriş qapısına turniket quraşdırılması və qurulan turniket "kart" sistemi ilə işləməsi, kartların tələbələrə 5 manata, müəllimlərə 10 manata satılmasını müəllim və tələbə heyətindən korrupsiyaya yenidən yol açan rektoru çox çəkmədi ki, İcra hakimiyyətrindən komissiya göndərilib müəllimlərin və tələbələrin pulları geri qaytarılır, bu hadisədən yəni korupsiyyadan yenidən yayınan rektor Akif Süleymanov hiyləgərlik edərək təlim tərbiyə işləri üzrə sabiq prorektor Aslan Abbasovun üzərinə ataraq ustalıqla korrupsiyadan yayındı, necə ki öncə maliyyə nazirliyi yoxlama edib korrupsiya aşkarlayanda Texnologiya Universitetinin maliyyə şöbəsinin müdiri Amil Mirzəyevi odda yandırdı, onun gözünə də Texnologiya Universitetinin sabiq Təlim Tərbiyə işlər üzrə Prorektoru Aslan Abbasovu qarşı.
"Çox çəkmədi ki, Aslan Abbasov işinin gələcək illərdə əngəlli odluğunu öncədən hiss edərək öz ərizəsi ilə universitetdən kənarlaşdı"-qeyd edilən məlumatda deyilir ki,Texnologiya Universitetinin rektoru Akif Süleymanov sabiq Prorektora Aslan Abbasova deyib ki, universitetin giriş qapısına qurulan turniket müəllimlərdən və tələbələrdən yığılan pulu öz üzərinə götür mənim bu işdə adım çəkilməsin.
Akif Süleymanovla bağlı daha bir iddia budur ki,rektor professorluğu olmadığı halda özünü ATU-da professor elan edib. " Mənə yalnız Professor Akif Süleymanov müraciət edin"-deyən rektorun "professor" yazılmayan ərizələri qəbul etmədiyi deyilir. Belə ki bütün ərizələrdə işçilər və müəllimlər professor müraciət etməyə məcbur edildiyi və bu prosesə bütün dövlət qurumları,təhsil nazirlikdən başlayaraq susaraq belə haqsızlıqlara şərait yaradırlar.
"Belə davam eləsə Akif Süleymanov özünü bir başa professor yox "ELİMLƏR AKADEMYASININ MÜXBİR ÜZVÜ " elan edəcək.
Məlumatda qeyd esilir ki,bu gün 30 nəfər tələbə və 10 nəfər müəllim, Azərbaycan Respublikasının Prezidentinə birlikdə müraciət etsə Texnologiya Universitetinin Rektoru Akif Süleymanovu və onun ətrafındakı cangüdənlər, Nurçu prorektorlar, cinayətkarlar və quyruq bulayanları kəllə-mayaılaq olarlar.
Redaksiyamıza daxil olan məlumata sdəfələrlə Elmi şurada bu çirkin əməllərdən əl çəkməyini tələb edən daha doğrusu tövsiyə verən universitetin MMM və QMT fakültələrinin sabiq dekanı Dosent Həsən Musa oğlu Musayev, və Dosent Məsim Kazım oğlu Abadov 05 APREL 2017-ci ildə rektora göndərdiyi ərizə də təqdim olunub.

Ərizədə yazılanları olduğu kimi təqdim edirik:

"Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanova.

MMM və QMT fakültələrinin dekanları Dos. Həsən Musa oğlu Musayev və Dos. Məsim Kazım oğlu Abadov tərəfindən.

ƏRİZƏ

Hörmətli Akif müəllim!

Bu gün 424 nəfər tələbə qəbulu olan universitetdə 3000, 4000 manat əmək haqqı alan bir neçə nəfərin və 130-200 manat əmək haqqı alan böyük kollektivin məsuliyyəti, Sizin üzərinizdədir. Aparılan köklü struktur dəyişikliklərinin universitetə heç bir fayda vermədiyinin sübuta ehtiyacı yoxdur. Böyük maliyyə sərfinə səbəb olan bu dəyişikliklər, nə universitetə, nə də tələbələrə uğur gətirmədi. Xərclənən bu vəsaitlərə universitetin laboratoriyalarının, yataqxanalarının, yeməkxanalarının, universitetdə işləyən az təminatlı ailə başçılarının daha çox ehtiyacı var. Saysız hesabsız xarici ezamiyyətlərin, verilən ziyafətlərin, mənasız təlimlərə və seminarlara çəkilən xərclərin hesabatını vermək lazım olacaq. Bu səbəbdən, Sizə bizi narahat edən bir neçə məsələ barəsində müraciət edirik:
1. Büdcə haqqında: Universitetin büdcəsi , mədaxil, məxaric və məxaric şərtləri gizli saxlanılır. Universitet kollektivinə açıqlanmır. Bu da qeyri şəffaflığa səbəb olur. Universitet büdcəsinin formalaşmasında dekanlıqların böyük zəhməti var. Buna görə də büdcə barəsində ətraflı məlumat bilmək dekanların haqqıdır. Xahiş edirik son 3 ilin büdcəsi açıqlansın və Universitet kollektivinə təqdim olunsun.
2. Struktur dəyişikliyi haqqında: Dəfələrlə struktur dəyişikliyi adı altında kafedralar bağlanıb. Açılıb adları dəyişdirilib, işində mənfi, ciddi qüsurları olmayan, elmi dərəcəsi və vəzifəli şəxslər əvvəl öz xahişi, olmasa şantaj, bütün bunlar alınmayanda isə struktur dəyişikliyi adı altında vəzifələrindən, hətta universitetdən kənarlaşdırılıb. Büdcə nəzərə alınmadan yeni şöbələr, mərkəzlər, bölmələr yaradılıb. Onların büdcəsi və ştat cədvəli gizli saxlanılıb. 25 yanvar 5 saylı Elmi şurada universitet strukturu və büdcəsi təsdiqlənsə də , 22 fevral 6 saylı Elmi şurada yenidən struktur dəyişikliyi məsələsi qaldırılıb və radikal dəyişikliklərə əl atılıb. 5 saylı Elmi Şurada ştat cədvəli bəyan olunmadan, differensial maaş sistemi müzakirəyə çıxarılıb və təsdiq olunub.
3. Elmi Şura haqqında: Elmi Şuranın müxtəlif məsələlər bəndində müzakirəyə çıxarılan məsələlər bəyan olunmadan gündəliyə salınır. Bu salınan məsələlərin kimlər tərəfindən tərtib olunması naməlum qalır. Elmi Şuranın keçirilməsi haqqında məlumat gündəlik xəbər olunmadan, bir gün əvvəl bəyan olunur. MYP ilə bağlı hər Elmi Şurada hər hansı bir məsələ müzakirə olunsa da, fakültələr diqqətdən kənarda qalır. Fakültələrin ildə bir dəfə hesabatı dinlənilir. Deyilən irad və təkliflər diqqətdən kənarda qalır. Fakültə Elmi Şuraların qəbul edilmiş qərarlar universitet Elmi Şuralarına ümumiyyətlə çıxarılmır.
4. MYP ( Müştəriyə Yönəltmə Proqramı ) haqqında: Struktur dəyişikliyi daxilində MYP -nin uğursuz fəaliyyəti, öz yerini differensial maaş sisteminə verdi.

Bu məsələlər barəsində məlumatın 6 aprel, 7 saylı Elmi Şuraya çıxarılmasını xahiş edirik.

Hörmətlə.

MMM fakültəsinin dekanı: dos. H.M.Musayev
QTM fakültəsinin dekanı: dos. M.K. Abadov

5. aprel 2017 ci il
Məlumatda daha sonra deyilir ki,Texnologiya Universitetinin rektorunun harınlamış şoferi Tağıyev Müzəffər Elxan oğluna, bir neçə gün bundan qabaq Universitetin Davamlı İnkişaf mərkəzinin şöbə müdiri Əmənov Rauf Rizvan oğlu ilə aralarında olan münaqişə nəticəsində Rektor Akif Süleymanov, Davamlı inkişaf mərkəzinin şöbə müdirini hegemon şoferinin üstündə işdən azad olunmaq ərizəsini istəyib. Rektorun "LOTU" şoferi, Müzəffər, Davamlı inkişaf şöbəsinin müdiri Əmənov Rauf ilə, Rektorun qəbuluna gedəndə aralarında münaqişə düşüb, rektorun şoferi şöbə müdiri Əmənov Raufu, rektor Akif Süleymanovun qəbuluna buraxmaq istəməyib, aralarında düşən münaqişə böyüyəndə Rektor Akif Süleymanov otağından çıxaraq davaya müdaxilə edib, və bildirib ki,o dedisə buraxmıram bitdi., nə səsini başına alıbsan get ərizəni yaz Əmənov Rauf. Davamlı İnkişaf Mərkəzinin şöbə müdiri 29 İyun 2017-ci il tarixinə ərizə yazaraq işdən azad olub.
"Diqqətinizə çatdırım ki, Akif Süleymanov yeni hiyləgərlik edir ki, 2017-ci il də 4 kursları bitirən Tələbələrdən yığılan 300 manat diplom pulunu, 21 manat da, Həmkarlar İttifaqına alınan rüşvəti Əmənov Raufun belinə yükləsin"-qeyd edilən məlumatda daha sonra vurğulanır ki, vaxtı ilə universitetin maliyyə şöbəsinin, müdirinin Amil Mirzəyevin belinə yüklədiyi milyonlarla pulu, sabiq prorektor Aslan Abbasovun belinə yüklədiyi müəllimlərdən və tələbələrdən "TURNİKETƏ" yığılan pulu, indidə hiyləgərliklə növbəti hədəfə də, 2017-ci ilin buraxılış məzunlarından yığılan diploma 300 manatı, həmkarlar ittifaqına yığılan 21 manatı Davamlı İnkişaf şöbəsinin müdiri Rauf Əmənovun üzərinə atar.

Redaksiyadan: Gəncə ATU-nin rektoru Akif Süleymanovun bu iddialarla bağlı mövqeyini dərc etməyə hazırıq.

Vətəninfo.az
Akif Süleymanovla bağlı-ŞOK İDDİA
Akif Süleymanovla bağlı-ŞOK İDDİA
Geri qayıt