Baba Rzayev Etibar Pirverdiyevin gedişi üçün çırmanıb

Baba Rzayev Etibar Pirverdiyevin gedişi üçün çırmanıb “Azərenerji” ASC prezidenti Etibar Pirverdiyevin vəzifəsindən gedəcəyi barədə xəbərlər təsdiqlənir
Bu qurumun “Azərişıq” ASC tabeliyində fəaliyyəti Pirverdiyevin gedişinə ilk həmlə idi.
Ondan sonra hakimiyyətdəki iri fiqurlardan olmuş E.Pirverdiyev mövqeləri kifayət qədər zəiflədi.
Bu günə kimi də iqtidardakı gücü sarsılmış ASC prezidentinin səsi çıxmır. Ona dəstək verən qüvvələrin də zəiflədilməsi korrupsioner məmurların kökünü baltalamaq idi.
Yaxın vaxtlarda isə E.Pirverdiyevin vəzifəsindən azad olunacağı gözlənilir. Pirverdiyev haqqında Azərbaycan mətbuatında ciddi büdcə yeyintiləri, maliyyə maxinasiyaları və korrupsiya faktları ilə bağlı rəsmi və qeyri-rəsmi çoxsaylı və çoxçeşidli yazılar dərc olunub. Bunların da heç biri səhmdar cəmiyyətinin sədri tərəfindən təkzib edilməyib.
Həmçinin daha əvvəllər mətbuatda mərhum nazir Natiq Əliyevin Pirverdiyevin belə fırıldaq layihələrindən birinin üstünü açdığı və Energetika Nazirliyinin kollegiya iclasında hamının gözü qarşısında "Azərenerji” şefini danlayaraq iclas zalından qovduğu barədə də xəbər yayılmışdı.
“Azərişıq” ASC sədir Baba Rzayev də Etibar Pirverdiyevin gedişi üçün çırmanıb. Baş işıqçı enerji məmurunun yerinə öz adamının təyin olunmasına cəhd edir.
Bu şəxsin kimliyi haqda müfəssəl bilgilər verilmir. Amma B.Rzayevin E.Pirverdiyevin sahəsini tamamilə inhisarına almaq istədiyi iddia olunur.
Bəzi məlumatlara görə ölkə prezidentinin son zamanlar həyata keçirdiyi islahat planlarına uyğun olaraq hökümətin tətbiq etməyə hazrılaşdığı islahat paketinə görə "Azərenerji” Səhmdar Cəmiyyətinin ləğv edilməsi ümumən nəzərdə tutulduğundan və gələcəkdə belə bir qurumun olmayacağından Pirverdiyev də xəbərdardır.
Ancaq bu qurumun ləğv olunacağı səhih xəbər deyil. Ona görə də B.Rzayev əıindən gələni edir ki, Pirverdiyevin postuna öz kadrını yerləşdirsin. Ona bu prosesdə dəstək verən nazirlərin olduğu da istisna edilmir.
Yeri gəlmişkən, "Azərenerji" SOCAR-a milyonlarla manat borcludur, elektrikin maya dəyəri dəfələrlə şişirdilir, idarəetmə isə bərbaddır.
Şirkət aldığı mazutun pulunu ödəməkdə çətinlik çəkir. Eyni zamanda vergi borcları da var. Yayılan məlumatlara görə, həmin borcların bir hissəsi silinəcək, bir hissəsi dövlətin zəmanəti altına alınacaq.
Yeni səhifədən "Azəreneji"nin fəaliyyəti üçün şəraitin qurulması məsələləri danışılır. Çox güman ki, ASC-nin rəhbərliyində də dəyişikliklərə gediləcək. Vəziyyətin bu qədər ağır olmasının səbəbkarlarından biri də rəhbərlikdir.
Çünki normal idarəçilik qura bilmədiyinə görə böyük borclar yığılıb. Ola bilər ki, bu addımların məntiqi nəticəsi sağlamlaşdırılma ilə bağlıdır.
Geri qayıt