Deputatdan jurnalistlərə — ÇAĞIRIŞ

Deputatdan jurnalistlərə — ÇAĞIRIŞ “Bəzi saytlarda ordumuzun gözdən salınması ilə bağlı məlumatlar yayılır. Bu cür meyllər dövlətimizə və xalqımıza çox ziyanlıdır”.

Bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında çıxışı zamanı deputat Musa Qasımlı bildirib.

M.Qasımlı deyib ki, bu gün təkcə ordumuzun deyil, dövlətimizin güc strukturlarının gözdən salınmasına görə məlumatlar yayılır:

“Bunu edənlərə qarşı qanunda tutulmuş qaydada mübarizə aparmaq lazımdır. Mən jurnalistlərdən xahiş edirəm ki, bu kimi hallarla mübarizənin önündə getsinlər. Çünki ordumuz millətimizin bağrından çıxıb. Ordumuz vətənimizin müdafiəçisidir”.
Geri qayıt