İstehlakçılara qaytarılan ƏDV məbləği açıqlandı

Xalqxeber.az Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, təkcə bu ilin yanvar-mart ayında geri qaytarılan ƏDV məbləği 36 milyon manatdan çox olub.
Xatırladaq ki, alınmış mallara və əldə edilmiş xidmətlərə görə ödəniş nağdsız qaydada olduqda ödənilmiş ƏDV-nin 17,5%-i, nağd qaydada olduqda isə 5%-i istehlakçılara geri qayıdır.