“Açıq mikrofon” daha 1 şəhər və 3 rayonda qurulacaq

“Açıq mikrofon” daha 1 şəhər və 3 rayonda qurulacaq  
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası növbəti həftə daha 1 şəhər və 3 rayonda vətəndaşlarla keçiriləcək.

Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Oğuz rayonunda (Zərifə Əliyeva Parkı), 2-ci günü saat 14:00-dan 15:00-dək Şəki şəhərində (M.F.Axundov Parkı), 4-cü günü saat 11:00-dan 12:00-dək Qax rayonunda (Heydər Əliyev Parkı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Zaqatala rayonunda (Mədəniyyət Evinin qarşısı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Geri qayıt