Paytaxt sakinlərinin NƏZƏRİNƏ: 17 avtobusun hərəkət sxemi dəyişdirilir

Paytaxt sakinlərinin NƏZƏRİNƏ: 17 avtobusun hərəkət sxemi dəyişdirilir  
Bakı şəhəri üzrə 17 avtobusun hərəkət sxemi üç günlük dəyişdiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb. 

Belə ki, martın 12-14-də Bakıda 1, 2, 4, 5, 10, 18, 21, 30, 32, 46, 49, 88, 125, 127, 175, H1, M3 nömrəli müntəzəm marşrutların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Dəyişikliyə səbəb həmin tarixlərdə Neftçilər prospektində, eləcə də Akademik Zərifə Əliyeva küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrin hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir.

Sözügedən marşrut xətləri üzrə avtobusların hərəkəti alternativ küçələrlə (Əhməd Cavad küçəsi, Niyazi küçəsi, İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Şəmsi Bədəlbəyli küçəsi, Azadlıq prospekti, Nizami küçəsi) təşkil ediləcək.
Geri qayıt