Bu avtobusların hərəkət sxemi dəyişdirilir

Bu avtobusların hərəkət sxemi dəyişdirilir  
Fevralın 5-də 4 marşrut avtobusunun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Qeyd olunub ki, məhdudiyyət 5 fevral saat 09:00-dan saat 16:00-dək Heydər Əliyev prospektinin kənar yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) təmir işlərilə əlaqədardır.

Tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 1, 13, 38 və M8 nömrəli marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilərək Heydər Əliyev prospekti, əsas yoldan təşkil ediləcək.

Geri qayıt