Sumqayıtda bu məktəbdə istilik YOXDUR

Sumqayıtda bu məktəbdə istilik YOXDUR Sumqayıtda məktəblərin birində istilik problemi yaranıb.

Bu barədə valideynlər məlumat verib. Bildirilib ki, artıq bir neçə gündür ki, şəhərin Hacı Zeynəlabdin Tağıyev Qəsəbəsində yerləşən 19 nömrəli məktəbdə istilik sistemi işləmir. Şagirdlər soyuq sinif otaqlarında dərs keçirlər.

Məsələ ilə bağlı Abşeron-Xızı regional təhsil idarəsinə sorğu göndərsək də, cavab ala bilmədik.


Geri qayıt