DTX əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar

DTX əməkdaşları 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar  
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəhbər heyəti Şəhidlər xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsini dərin ehtiramla yad edib, məzarlarına qərənfillər düzüblər.

Bu barədə DTX-nin saytı məlumat yayıb.

Sonra Xidmətin şəxsi heyəti adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Şəhidlər xiyabanında dəfn edilən Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının məzarları da ziyarət olunub.
Geri qayıt