Vətəndaşdan qeyri-adi şikayət... - "Son çarəni ağaca çıxmaqda görürəm"

Vətəndaşdan qeyri-adi şikayət... - "Son çarəni ağaca çıxmaqda görürəm" Suraxanı Rayon Qaraşuxur qəsəbəsi sakini 1-ci qrup 20 yanvar əlili Əhmədov Əli İsa oğlu tərəfindən
Baş Prokuror Cənab Zakir Qaralova

MÜRACİƏT

Qardaşım Əhmədov Vəli İsa oğlu mənə məxsus dükanda satıcı kimi işləmişdir. Əvvəllər heç bir qonşu ilə mübahisəsi və ya ədavəti olmayıb. Əksinə, qonşularla yaxşı münasibət saxlamağa çalışıb. Dükanın yaxınlığında yaşayan İsmayılov Sənan Zakir oğlu ilə də əvvəllər münasibəti yaxşı olub. Lakin son vaxtlar Sənan yersiz hərəkətlər etməyə başlayıb. O, hər gün dükanın yaxınlığında nərd oynayıb və bu da dükana gələn alııcıların narazıçılığına səbəb olub. Qardaşım Sənandan bir neçə dəfə xahiş edib ki, oradan nərd stolunu yığışdırsın. Lakin o, bu xahişlərə məhəl qoymayıb. Qardaşım, dükandan çıxan tullantıları adətən oradan 6-7 metr aralıda yerləşən boş sahəyə yığıb yandırırdı. 20 oktyabr 2015-cil saaat 07 radələrində qardaşım işlədiyi dükana gəlmişdir. Həmişə olduğu kimi boş kartonları yuxarıda göstərilən sahəyə yığmışdır ki, yandırsın. Saat 09 radələrində görmüşdür ki, Sənan həmin boş sahədə bel ilə nə işlə isə məşğuldur. Sənan ondan tələb etmişdir ki, daha orada karton qutuları yandırmasın və onun cavabını gözləməmiş karton qutuları bel ilə vurub dağıtmış və onun ünvanına nalayiq ifadələr işlətmişdir.Qardaşım Sənana etiraz bildirməyərək dükana qayıtmışdır. Dükana qayıdanda isə hələ də Sənanın onun ünvanına nalayiq ifadələr söylədiyini eşitmişdir. Bu zaman mənim dükanımda saxladığım ov tüfəngini götürmüşdür. Əvvəl söyüşlərər fikir verməməyə çalışmış amma sonra əlində silah çölə çıxmış, tüfəngin lüləsini aşağı endirib Sənan dayanan istiqamətə irəliləmişdir. Sənan onun gəldiyini görsə də yerindən tərpənməmişdir. Bir qədər irəli gedib təxminən Sənandan 3-4 metr irəlidə dayanmışdır. Bu vaxt Sənan bir qədər irəli gəlib əlini tüfəngə uzatmışdır. O, elə başa düşmüşdür ki, Sənan tüfıngi onun əlindən alıb onu vurmaq istəyir. Ona görə də Sənanın əli silaha çatmamış onu qorxutmaq məqsədilə bir dəfə Sənan atəş açıb. Bundan sonra Sənan yerə yıxılmadan geriyə doğru dönüb iti addımlarla çıxıb gedib. Qardaşım Sənanın onu bellə vuacağını düşündüyündən sırf onu qorxutmaq məqsədilə atış açmışdır. Sənanı öldürmək məqsədi olmayıb.Həmin silahdan qardaşım məni icazəmələ əvvələr ova gedəndə istifadə edib həmin hadisə zamanıda ov tüfəngində əlavə 5 güllə mövcud olsada istifadə etməmiş, tüfəngin ağzını yerə qoyaraq dayanmışdı. Qardaşım Əhmədov Vəli İsa oğlu ilk öncə AR CM-nin 127.2.3 və 232.1-ci maddələri ilə təqsirləndirilmiş və barəsində cinayət işi başlanmışdır. İşin məhkəmə baxışı Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun icraatında olmuşdu. Hakim 14 aprel 2016-cı il tarixdən icraatında olan cinayət işini heç bir əsas olmadan uzatmaqla sanki insan taleyi həll etmirmiş kimi məhkəmədə 5 şahid, 1 təqsirləndirilən və 1 zərərçəkən olmaqla cəmi 7 nəfər şəxsi hakim Ceyhun Qədimov 1 il 2 aya dindirib və 24 məhkəmə iclası təyin edib. Hakim aşkar şəkildə ittihamın ağırlaşdırılması üçün dəridən-qabıqdan çıxaraq bütün məhkəmə proseslərində zərəçəkmişin xeyrinə mövqe bildirir. Belə ki hakim Ceyhun Qədimov təyin etdiyi eskpertizanın qərarını əldə etdikdən 2 ay sonra yenidən eskpertiza təyin etmişdir. Sonradan guya ekspert rəyində səhvə yol verildiyindən səhvin düzəldilməsi üçün məhkəməni təxirə salaraq, 1 aydan sonra yenidən eskpertiza təyin etmişdir. İş icraatında olan müddətdə 2 dəfə, hər biri 20 gün olmaqla məzuniyyətə getmişdir. Halbuki, məzuniyyətdə olduğu müddətdə işi başqa hakimin icraatına verə bilərdi. Qardaşımın ağır-ürək damar əməliyyatı keçirmişdir və hal-hazırda ürəyinin damarında 2 stend var. Sonrada ağır ittihamla cinayət işini Prokurora qaytarmışdı. Prokrorluq isə əməli CM-nin 126.1; 232.1 maddəsinə tövsüf edib cinayət işini aparan zaman zərərçəkmişin xoşuna gəlməmiş və Bakı şəhər Prokurorluğunun önündə ağaca çıxaraq qardaşıma ölümə cəhdə cinayət işi başlamayacağı təqdirdə ağacdan düşməyəciyini bildirmişdi.

Bakı şəhər Prokuroru cənab İlqar Abbasov isə onun təhdidindən çəkinərək iştimai qaydanı köbut şəkildə pozan Sənan İsmayılovun ağacdan düşməsi üçün onun tələblərini yerinə yetirmiş və əsasız olaraq qardaşım barəsində həmin maddə ilə cinayət işi başlamışdı. Məgər əməlin tövsüfü ağaca çıxmaqla müəyyən edilir? Bəs onda hüququn aliliyi harada qaldı? Bu məntiqlə kim istəsə ki, kiməsə cinayət işi qaldırdırsın onu ağır maddə ilə ittiham etdirsin o zaman ağaca çıxmalıdır.Bu nə təcürbədi, məgər həmin şəxsin öz hərəkəti iştimai qaydanı pozmaq deyil bəs nədi? Bu günədək müxtəlif bəhanələrlə 28.000 manat Sənan İsmayılov bizdən pul alıb. Hadisədən sonra bütün qohum-əqrəba yığılaraq zərərçəkmişin müqlicəsini və digər xərclərini ödəyib. Bunun sübutu kimi 15.01.2016-cı il tarixində zərəçəkmiş notariat qaydada təsdiq edilmiş ərizə yazaraq bildirmişdir ki, Əhmədov Vəli İsa oğlu tərəfindən mənə dəyən ziyan tam ödənilmişdir. Hal-hazırda ona qarşı heç nir maddi-mənəvi iddiam tələbim yoxdur və gələcəkdə də bununla bağlı şikayətim olmayacaq. Bu məzmunlu teleqrama ilə məhkəməyə də müraciət etmişdir. Məndə 20 yanvar əliliyəm, ailənin durumu olduqca acınacaqlıdır. Cəmiyyəti qorxu təhdid aldında saxlayan bu cür tiplər isə rahat şəkildə öz istədiklərini edir. Maraqlıdır, əgər şəxsə ittiham ağaca çıxmaqla verilirsə, mən də 1-ci qrup 20 Yanvar əlili kimi son çarəni ağaca çıxmaqda görürəm. Ona görə ki bu xoşagəlməz adətin təməli məhz Bakı şəhər Prokrorluğu tərəfindən qoyulmuşdu. Yəqin onda hüququn aliliyi Bakı şəhər Prokrorunun yadana düşər."

moderator.az
Geri qayıt