Zaur Mikayılova NİYƏ `BRAVO` DEYƏ BİLMİRİK... - FAKT BUDUR!

Zaur Mikayılova NİYƏ `BRAVO` DEYƏ BİLMİRİK... - FAKT BUDUR!  
Mikayılov Zaur Rauf oğlu - Boğaziçi Universitetinin "Biznesin idarə olunması" fakültəsini bitirib.
"Bravo" supermarketlər şəbəkəsinin icraçı direktoru olub. 2018-ci ilin noyabr ayından bu vəzifəyə təyin olunan gənc mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib.

Halbuki, başqaları ölkə xaricində aldığı diplomu Azərbaycanda tanıtdırana qədər aylarla sürünüb, dəridən-qabıqdan çıxır, axırda da ya reseption işləyir, ya ekspeditel, ən yaxşı halda hansısa marketdə, yaxud restoranda administrator. Bunun üçün isə heç diploma gərək yoxdur.
Odur ki, ölkədən kənarda təhsil aldığı 4 ili də, orta təhsil aldığı 11 ili də (hələ hazırlıq kursları, repetitor yanına getməsini demirik) - bir sözlə ömrünün ən az 15 ili heçə getmiş olur.

Amma, şansa baxın ki, Türkiyədə təhsil almış, karyerasına marketdən başlamış Zaur Mikayılov mühüm bir dövlət qurumunun rəhbəri vəzifəsinə qədər yüksələ bilib.

Doğrudur, Boğaziçi Universiteti güya diplomu Azərbaycanda tanınan ali məktəblər sırasında yer alsa da, tanıdana qədər də ömrümüzün bir neçə ayını (bəzən də ilini) və pulumuzu xərcləməli oluruq.

Əlqərəz...

Əslində, doğrudur, əvvəllər də su təsərrüfatı sahəsində çoxsaylı şikayətlər var idi. Zatən çoxsaylı şikayətlərin və digər qanun pozuntularının, korrupsiya hallarının olduğuna görə rəhbər dəyişdi.

Sözümüzü ora gətirmək istəyirik ki, ölkə xaricində auditoriya görmüş, böyük marketlərdə rəhbərlik təcrübəsi keçmiş Zaur Mikayılov Melorasiya və Su Təsərrüfatı ASC-nə sədr təyin edildikdən sonra nəinki əvvəlki neqativ hallar aradan qaldırılmadı, əksinə, daha da artdı.

Çoxsaylı vətəndaş şikayətləri cavabsız qaldı, su üstündə bacı-qardaş, nəsil-nəcabət arasında düşmənçilik halları hər gün daha da artdı.

Amma, elə bil, bu qədər şikayətlərin, tənqidlərin Zaur Mikayılova aidiyyatı yoxdur. El demişkən, "tükü də tərpənmir".

Dəfələrlə "DogruXeber.az" informasiya portalında Şamaxı rayon Çıraqçı kəndi, Şəmkir rayon "Düz qışlaq" kəndi, "Yeni yol" qəsəbəsi və digər bölgələrdəki su problemləri barəsində məlumatlar dərc edilib.

Hətta, son məlumatımızda Şəmkir rayon "Düz qışlaq " kəndində sakinlərin çoxsaylı şikayətlərindən və məlumatlar "DogruXeber.az"da yayımlandıqdan sonra nəhayət artezyan quyusunun təmizlənib, təmir edilib, istifadəyə verilməsi işinə başlanıldı.
Ancaq, ilk növbədə işə kənd sakinlərindən pul yığmaqdan başladılar. Daha vətəndaş özü təmir edəcəkdisə, bu qədər şikayətlərə nə ehtiyac var idi?!

Təbii ki, kənd sakinləri buna etiraz etdilər və iş eləcə də qaldı.

Yeri gəlmişkən, Samux rayonunun Qarayeri qəsəbə sakini Əjdər Məmmədov da bir neçə gündür içməli su artezyan quyusunun işləmədiyi barəsində hər gün təkrar redaksiyamıza müraciət edir.
Bildirir ki, "Bir neçə gündür Melorasiya və Su Təsərrüfatı ASC-nin Samux rayonundakı nümayəndəliyinə dəfələrlə müraciət etmişik, gəlib təmir etmirlər ".

Əjdər Məmmədovun bu gün redaksiyamıza verdiyi məlumata görə isə məsələ üzrə məsul şəxslər artezyan quyusunun təmiri üçün indi də qəsəbə sakinlərindən minimum 10 manatdan, 40 manata qədər pul yığırlar.
Eynilə, Şəmkir rayon "Düz qışlaq" kəndində olduğu kimi.

Yeri gəlmişkən, Şəmkir Suvarma Sistemləri İdarəsinin işçisi olduğunu deyən Şəmkir rayon "Yeni yol" qəsəbəsinin sakini Polad Vəliyev "Kanal14" youtube kanalımızda yayımlanan "Kamalın zamanı" proqramında canlı yayımda olarkən, dövlət büdcəsindən pul ayrılmasına baxmayaraq, hər artezyan quyusunun vurulması üçün sakinlərdən 3-5 min manat arası pul yığıb vermələrinin tələb olunduğunu bildirmişdi.

Özü də Melorasiya və Su Təsərrüfatı ASC-nin fəaliyyəti bununla da bitmir. Artıq, uzun müddətdir ki, işinin əsasını az qala Tender məsələləri ilə uğraşmaq təşkil edir.

Daha maraqlı məqam budur ki, sözügedən qurumun keçirdiyi tender müsabiqələrinin ikisinin (Zərdab Suvarma Sistemləri İdarəsi və Ağcabədi Suvarma Sistemləri İdarəsi) qalibi bir şirkət - «Xəzər İnşaat KO» MMC olub.

O «Xəzər İnşaat KO» MMC ki, apardığımız kiçik araşdırmalar nəticəsində heç bir hüquqi ünvanı və hüquqi bazası olmadığını aşkar etdik. Bununla bağlı aidiyyatı üzrə bir neçə qurumlara müraciət etdiyimizdə isə, şirkətin adını eşidən kimi, sualımız qarşısında həmişəlik susdular.

Yeri gəlmişkən, "DogruXeber.az" redaksiyasına daxil olmuş digər məlumata əsasən, Zərdab rayon Suvarma Sistemləri İdarəsindəki korrupsiya və yeyinti halları ilə bağlı Melorasiya və Su Təsərrüfatı ASC-yə rəsmi müraciətimiz də hələ ki, cavabsız qalır.

Deyir, "dəyirman öz işində, çak-çak baş ağrıdır...

Redaksiyamız hər kəsin söz haqqını tanıyır. //"DogruXeber.az"//
Geri qayıt