Bu işə görə vəzifəli şəxlər məsuliyyətə cəlb olunacaq

Bu işə görə vəzifəli şəxlər məsuliyyətə cəlb olunacaq Vəzifəli şəxslər pambıq və tütün istehsalçılarına subsidiyanın təyinatı üzrə verilməməsinə görə məsuliyyət daşıyacaqlar

Nazirlər Kabineti “Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”na dəyişiklik edib.

Bununla bağlı qərarı baş nazir Artur Rasizadə imzalayıb.

“Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”na edilmiş dəyişikliyə görə, istehsalçılara dövlət büdcəsindən ayrılmış vəsait hesabına subsidiyanın təyinatı üzrə verilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyacaqlar.
Geri qayıt