Xarici ölkələrin hərbi attaşeləri Sarıbaba yüksəkliyində mina sahələrinə baş çəkiblər - YENİLƏNİB

Xarici ölkələrin hərbi attaşeləri Sarıbaba yüksəkliyində mina sahələrinə baş çəkiblər - YENİLƏNİB Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələri Laçın rayonunun Sarıbaba yüksəkliyində aşkarlanan mina sahələrinə baş çəkiblər.

Report xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri hərbi attaşeləri və jurnalistləri Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aşkarlanan minalar barədə məlumatlandırıblar.

Müdafiə Nazirliyinin təşkil etdiyi səfər zamanı hərbi attaşelər və media nümayəndələri ərazidə aparılan minatəmizləmə tədbirləri tanış olublar.

***

Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri və kütləvi informasiya vasitələrinin nümayəndələri qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən basdırılmış Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin aşkar etdiyi Ermənistan istehsalı olan piyada əleyhinə mina sahəsinə baxış keçirmək üçün noyabrın 24-də Sarıbaba istiqamətinə yola düşüblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyinin təşkil etdiyi səfər zamanı hərbi attaşelər və media nümayəndələrinə ərazidə aparılan minatəmizləmə tədbirləri və noyabrın 21-də aşkar olunan 2021-ci ildə Ermənistanda istehsal edilmiş 350 ədəd PMN-Э tipli piyada əleyhinə mina sahəsi haqqında ərtaflı məlumat veriləcək.
Geri qayıt