Bu gecə ilk Qədr gecəsidir

Bu gecə ilk Qədr gecəsidir Bu gün Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsi (əhya) qeyd olunacaq.

Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə, yəni iyunun 13-dən 14-nə keçən gecəyə təsadüf edir.

Ramazan ayının ikinci Qədr gecəsi iyunun 15-dən 16-na, üçüncüsü 17-dən 18-nə keçən gecən qeyd olunacaq.

Ramazan ayının sonuncu Qədr gecəsi Ramazan ayının 26-cı günü, yəni iyunun 21-dən 22-nə keçən gecəyə təsadüf edəcək.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.
Geri qayıt