Anar Məmmədov Bakıya qayıdır: Önəmli qonaqlarla…

Anar Məmmədov Bakıya qayıdır: Önəmli qonaqlarla… Şüvəlanda Məmmədovlar ailəsinə aid olan möhtəşəm villa boşaldılıb və qonaqların gəlişinə hazırlanır
Keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun oğlu, “Garant Holdinq” şirkətinin rəhbəri Anar Məmmədov yaxın günlərdə Bakıya qayıdacaq. Bu barədə daxil olan məlumatda bildirilir.
Qeyd edək ki, Anar Məmmədov uzun müddətdir ki, ölkəni tərk edib. Onun ABŞ-da yaşadığı güman olunur. Son günlər isə Anar Məmmədovun təsisçisi olduğu “Garant Holdinq” şirkətinin bağlanması və şirkətin binasının “Paşa Holdinq” tərəfindən alınması barədə ölkə mətbuatında xəbərlər yayımlanıb.
Anar Məmmədovun Bakıya qayıtması ilə bağlı məlumt verən mənbə bildirib ki, keçmiş nazir oğlu bir iki günə Bakıya gələcək. Onu ABŞ-dan olan önəmli qonaqların müşahidə etməsi gözlənilir. Qonaqların yerləşdirilməsi üçün Ziya Məmmədovun Şüvəlandakı möhtəşəm villası hazırlanır. Mənbə bildirib ki, villada kosmetik xarakterli təmir işləri aparılırmış. Lakin Ziya Məmmədov təmirin dayandırılmasını və villanın boşaldılaraq qonaqlar üçün hazırlanmasını istəyib.
Anar Məmmədovun qonaqlarının kim olması barədə isə mənbənin heç bir məlumatı yoxdur. Qonaqların kimliyi sirr kimi saxlanılır. Onların ancaq ABŞ-dan olan önəmli şəxslər olduqları haqqında sızıntılar mövcuddur.

MilliYol.Az
Geri qayıt