Rəsulzadə ilə bağlı daha bir qalmaqallı açıqlama

Rəsulzadə ilə bağlı daha bir qalmaqallı açıqlama "Azərbaycan Xalq Cümhuriyyətinin gördüyü işlərdə və fəaliyyətində hər şeyi Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlamaq lazım deyil".
Bunu AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov Azərbaycanın KİV nümayəndələri üçün "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin mərhələləri" təşkil edilən təbliğat kurslarında deyib. Y. Mahmudov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti qurucularını bir-birinə qarşı qoymaq, onları fərqləndirmək lazım deyil: "Əlimərdan bəy Topçubaşov Fransada müstəqilliyimizi tanıtmaq üçün böyük işlər görüb. Cümhuriyyət xadimləri bir-birindən dəyərli insanlardır. Bu adamların hamısı vətən yolunda şəhid oldular. Düşmənlərimiz seçib o adamları məhv etdilər ki, onlar ermənilərə göz açmağa imkan vermirdi. Məhəmməd Əmin Rəsulzadənin də müstəqilliyimizin qorunması istiqamətində çox böyük rolu olub. Bunu danmaq olmaz. Məhəmməd Əmin Rəsulzadənin imkanı vardı ki, hökumət başçısı olsun, ancaq o görürdü ki, hüquq təhsili almış Fətəli Xan Xoyski bu hökumətə daha yaxşı rəhbərlik edə bilər. Ona görə də onun hökumət başçısı olmasını istəmişdi".
Geri qayıt