Süleyman Mikayılov özünü FHN-də nazir müavini postuna hazırlayır
Neçə müddətdir ki, görəvdən alınacağı haqda informasiyalar yayılan Qaradağ rayon ira hakimiyyətinin başçısı Süleyman Mikayılovun özünü bundan sonra hansı postda görmək istədiyi bəlli olub. Bu barədə Qaradağ RİH rəhbərinə yaxın qaynaqlardan informasiya daxil olub.
Redaksiyamızı bilgiləndirən mötəbər mənbə iddia edir ki, Süleyman Mikayılov zaman-zaman Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova və nazirin atası, çox hörmətli Fəttah Heydərova müxtəlif jestlər etməkdədir.
Mənbənin söylədikləri: "Süleyman Mikayılov artıq özünü FHN-də nazir müavini postunda görür. Bunu açıq şəkildə ifadə də edir. Hətta icra hakimiyyətində toplantıların birində özünə varis müəyyən etdiyini də bəyan edib. Yəni ondan sonra Qaradağ RİH başçısı postunu kim tutacaq. Hələlik ad açıqlamayıb. Amma hər iki istiqamətdə israrlığı və istəyinin gerçək olacağına əminliyi net şəkildə duyulub".
Onu da bildirək ki, Süleyman Mikayılovla yanaşı Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin də yaxın vaxtlarda vəzifələrindən alınacaqları haqda yerli KİV-lərdə xəbərlər yayılıb.
DİA.AZ
Geri qayıtRedaksiyamızı bilgiləndirən mötəbər mənbə iddia edir ki, Süleyman Mikayılov zaman-zaman Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərova və nazirin atası, çox hörmətli Fəttah Heydərova müxtəlif jestlər etməkdədir.