Heydər Əsədovdan Ziya Məmmədovun kadrını qovmaq tələb olunur - MTN işi...

Heydər Əsədovdan Ziya Məmmədovun kadrını qovmaq tələb olunur - MTN işi... Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun kadrı - Mübariz Ağayev Kənd Təsərrüfatı Nazirliyindəki vəzifəsindən azad oluna bilər
Bu barədə nazirlikdəki mənbədən verilən məlumatda iddia olunur ki, Z.Məmmədovun nazir qudası Heydər Əsədov M.Ağayevi qoruya bilmir.
Hakimiyyətin siyasi rəhbərliyinin qərarı ondan ibarətdir ki, adı MTN çetesinə bulaşmış məmurlar sistemdən uzaqlaşdırılmalıdır.
M.Ağayevin də intihar etmiş MTN polkovniki İlqar Əliyevlə olan münasibətlərinin ifşası onun başına oyun açıb. KTN şefindən onu işdən azad etmək tələb olunur.
Göyçayın sabiq icra başçısı, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Texniki siyasət şöbəsinin müdir müavini Mübariz Ağayev Qubadan Göyçaya icra başçısı gətiirilməsi və bu vəzifədə qısa müddət qalmasının səbəbi MTN işi olub.
Sabiq icra başçısının ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış, Bakı İstintaq Təcridxanasında intihar etdiyi bildirilən İlqar Əliyevlə əlaqələri onun Göyçayla vidalaşmasına səbəb olub.
İntihar etmiş MTN vəzifəlisinin qardaşı İsmayıl Əliyev "Yeni Müsavat” qəzetinə müsahibəsində də dolayısı ilə bu faktı təsdiqləyib. İsmayıl Əliyev bildirib ki, qardaşının həbsindən sonra keçmiş iş yoldaşlarından heç kim onlara baş çəkməyib:
"Heç kim gəlmirdi. Min ilin dostları gəlib bizə salam vermirdilər. Qorxurdular ki, əlaqəni müəyyən edərlər. Vəzifədə olanlar xüsusən qaçır bizdən.
İlqarın ətrafında olanlar atamın hüzrünə gəlmədilər. Bircə Mübariz müəllim gəldi. İlqarın hüzründə, gələ bilməmişdi, xəstə olmuşdu, amma gəlib başsağlığı verdi”.
Nazirlikdəki mənbədən verilən məlumatda iddia olunur ki, M.Ağayev indi soyuq suyunu üfləyərək içir. Çünki onun vəzifəsini itirmək qorxusu var.
H.Əsədov isə qudasının adamını heç cür qoruya, ona görə özünü çətinə sala bilmir.
Mübariz Ağayev İlqar Əliyevlə möhkəm dost olub. Onun icra başçısı vəzifəsindən çıxarılmasının bir səbəbi kimi İlqar Əliyevlə yaxın münasibətləri göstərilir.
Xatırladaq ki, M.Ağayev 2006-cı ildə Göyçaya icra başçısı təyin edilib, 1 il sonra görəvdən alınıb. İkinci dəfə isə 2015-ci il yanvarın 27-də sözügedən rayonun icra başçısı postuna gətirilib.
Bu dəfə Mübariz Ağayevin rəhbərliyi təxminən 1 il 5 ay çəkib. O 2016-cı il iyunun 10-da vəzifəsindən uzaqlaşdırılıb. 2006-cı ildən icra başçısı vəzifəsində çalışmasına baxmayaraq, Mübariz Ağayev "zəngin” məmur taleyi yaşayıb.
Belə ki, o, 2006-2007-ci illərdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı, 2007-2012-ci illərdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, 2012-2015-ci illərdə isə Quba rayonunun icra başçısı olub.
Bu postlarda onun keçdiyi yolun hansı dərəcədə uğurlu olduğunu görmək üçün qısaca olaraq ötən illərin medya xülasəsinə nəzər salmaq kifayətdir.
Geri qayıt