Altay Həsənovun yeni müavini - Fariz Rzayev kimdir?

Altay Həsənovun yeni müavini - Fariz Rzayev kimdir? Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyində rəis müavinləri təyinatları olub. Birinci vitse-prezidentin Katibliyinin rəisinin müavinlərindən biri Fariz Rzayevdir.

Fariz Rzayev 1977-ci ildə Bakı şəhərində anadan olub. Bakı Sosial İdarətemə və Politologiya İnstitutunda beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında eyni ixtisas üzrə magistr təhsili alıb.

2000-2013-cü illərdə Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə, o cümlədən 2002-2005-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı, 2007-2012-ci illərdə Belçikadakı səfirliklərində çalışıb. 2-ci dərəcəli 1-ci katib diplomatik rütbəsinə malikdir.

Fariz Rzayev 3 iyun 2013-cü ildə Azərbaycan Təhsil Nazirliyinin "Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsi"nə müdir vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Mehdi Dadaşov və Fariz Rzayev Birinci vitse-prezidentin Katibliyinin rəisi Altay Həsənovun müavinləri təyin ediliblər.
Geri qayıt