X siniflər üçün şagird yerdəyişməsinə başlanıldı

X siniflər üçün şagird yerdəyişməsinə başlanıldı  
15 avqust saat 11:00-dan etibarən 2022-2023-cü tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesinə start verilib. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Təhsil Nazirliyindən verilən xəbərə görə, valideynlər üçün sy.edu.az elektron sistemində ümumi təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək.

Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.


Geri qayıt