Azərbaycanın məşhur turizm şirkətinin rəhbəri vəfat etdi

Azərbaycanın məşhur turizm şirkətinin rəhbəri vəfat etdi "Silkway Travel" MMC-nin direktoru Şirzad Əfəndiyev vəfat edib.

Bu barədə Azərbaycan Turizm Peşəkarları Assosiasiyasının rəhbəri Ruslan Quliyev məlumat verib.

Onun sözlərinə görə, mərhum bu gün dəfn ediləcək.

Allah rəhmət eləsin!

Xatırladaq ki, "Silkway Travel" 2008-ci ildən "Silkway Holding" MMC-nin tərkibində fəaliyyət göstərir. Şirkət "Azərbaycan Hava Yolları" QSC-nin aviabilet satışı üzrə eksklüziv agentidir.
Geri qayıt