"Biz millət vəkilimizin adını belə bilmirik" - VİDEOİTTİHAM

Rubrikamızın əsas məqsədi, seçicilərin problemlərini rahatlıqla deputatlara çatdıra bilməsini təmin etməkdir.
Binəqədi rayonunun fərqli ərazilərində sorğu apardığımız seçicilərin əksəriyyəti Madər Musayevi tanımadıqlarını dedilər:
"Biz millət vəkilimizin adını belə bilmirik. Əksər problemlərimiz hələ də həll olunmayıb. Mütəmadi olaraq görüş keçirilsə, problemlərimizi dilə gətirərik." - deyə sakinlər bildirdilər.
Rubrikamızın növbəti reportajı 42 saylı Sumqayıt ikinci seçki dairəsindən millət vəkili seçilmiş Tahir Mirkişili haqqında olacaq.
bolgexeber.com