Antiterror əməliyyatlarına başlamalıyıq... - ÇAĞIRIŞ

44 günlük savaşda məğlub olan Ermənistan və çarəsiz havadarları Qarabağda yeni oyunlar qururlar. Postmüharibə dövründə dağıdılmış ərazilərin bərpası ilə məşğul olan Azərbaycan dövləti, cəmiyyəti, bir də erməni separatçılarınn rus sülhməramlılarının iştirakı ilə çıxardığı oyunları da sıfırlamalıdır. Sülhməramlılar indi də separatçıları Xocalıda layihələr həyata keçirmək üçün müşayiət edir. Xocalıdan olan deputat Elman Məmmədov hafta.az-a müsahibəsində mövcud vəziyyəti dəyərləndirib. Xalqxeber.az həmin müsahibəni təqdim edir:
– Elman müəllim, bu günlərdə separatçılar Xocalıda müxtəlif “su layihələri”nin icrasına start verib. Bu məsələdə onları rus hərbçiləri müşayiət edirlər... Biz erməni separatçılarının çıxarılmasını gözlədiyimiz halda, ermənilər suvarma işləri ilə Xocalıda nəyə nail olmağa çalışır?
–Bu gün sülhməramlı kimi Qarabağda olan Rusiya hərbi kontingentinə heç kəs o adı verməyib. Onlar özləri-özlərinə “sülhməramlı” deyir. Rusiya hərbi kontingentinin Azərbaycan ərazilərinə daxil olmasının məqsədi elə gəldiyi gündən aydın olub. Onların məqsədi Azərbaycanın Qarabağ ərazisində 1991-ci ilin sentyabrında yaradılmış cinayətkar, separatçı, terrorçu “Artsax-Dağlıq Qarabağ” adlanan qurumu himayə edib saxlamaqdan ibarətdir. “Artsax” adlanan o qondarma qurumu müdafiə edib silahlı qüvvələrini təmin eləməyə çalışıblar. Gəldikləri gündən öhdələrinə götürdükləri hər vəzifəni yüksək səviyyədə icra edirlər. Yəni “sülhməramlılar”ın Qarabağa gəlmə məqsədi 2020-ci il tarixdə Rusiya, Azərbaycan, Ermənistan rəsmilərinin imzaladığı 10 Noyabr sazişində tamamilə başqa cür göstərilib. Amma onlar sənəddə göstərilən bəndlərin icrası ilə məşğul deyillər. Azərbaycanın ərazi bütövlüyünə xələl gətirməyə, qanunlarını pozmağa, Azərbaycan ərazilərində uzun illər kök salmış separatçıları, qeyri-qanuni erməni hərbi birləşmələri qorumaqla məşğuldurlar. Azərbaycan dövlətinin rəhbərliyi sühməramlıların özbaşına davranışlarına qəti etiraz edir, amma yenə də yanlış hərəkətlərini davam etdirirlər. Sülhməramlılar üçtərəfli sazişə əsasən ölkə daxilində erməni silahlılarını ərazidən çıxarılmalı idilər. Amma nəinki silahlılar ərazidən çıxarılmır, əksinə, onlara müxtəlif səpkili dəstəklərin verildiyini müşahidə edirik. Bu gün də müşahidə edirik ki, sülhməramlılar həmin Arayik Arutunyan kimi cinayətkarların təhlükəsizliyini təmin edir. Mən o kəndlərin hamısın qarış-qarış tanıyıram. Ermənilərin vəsaiti yoxdur ki, orada nəsə iş görsünlər. Kəndlər salsınlar, su anbarları tiksinlər. Bütün bu işləri rus sülhməramlıları onlar üçün görür. Bu, birbaşa Azərbaycan qanunlarına qarşı hərəkətdir. Birbaşa Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlik, açıq-aşkar qanunlarımıza qarşı meydan sulamaqdır. Ona görə də Azərbaycan separatçı, cinayətkar qurumu məhv etmək, ərazisindən çıxarmaq, cinayətkarları cəzalandırmaq üçün gecikmədən tədbirlər görməlidir. Təmizlənmə üçün antiterror əməliyyatlarına başlanmalıdır. Onları himayə edən, birikdə fəaliyyət göstərən Rusiya hərbi kontingentinin də Azərbaycan ərazisindən çıxarılması tələbi qoyulmalıdır.
– Erməni cinayətkarlarının, separatçılarının Xocalıda “Artsaxda 100 ev”adlı sərsəm layihələri də həm xocalılıları, eləcə də Azərbaycan ictimaiyyətinin qəzəbinə səbəb olur...
– Unutmayaq ki, 1992-ci ildə Xocalıda soyqırımını 366-cı motoatıcı alay törətmişdi. İndi özünü sülhməramlı adlandıran bu hərbi kontingent də artıq “367” alay rolunu oynayır və gəlib Xocalıda kilsə tikdirir. Üstəlik, dədə-babalarının heykəllərini qoydular, ordan-burdan qaçıb-gələn erməniləri tutub gətirib Xocalı ərazisində evlər tikib yerləşdirirlər. Buna görə də bunların sülhməramlılığı “erməni məramlılığı”na çevrilib.
Mənim bir qədər əvvəl dediyim işlər həyata keçirilməlidir. Sülhməramlıların məxsus olduğu Rusiya özü razı olar ki, onun ərazisində tanınmamış separatçı qurum, cinayətkar dəstələr mövcud olsun?! Və yaxud ərazisində 30 il müddət ərzində fəaliyyət göstərsin?! Təbii ki, dözməz. Şimali Qafqazda minlərlə insanın qırılmasını gördük. Rusiya onun adını belə qoydu ki, antiterror əməliyyatları keçirir. Biz həqiqətən də torpaqlarımızda işğal siyasəti yürüdən Ermənistan silahlı qüvvələrinə qarşı beynəlxalq hüquqa, Konstitusiyamıza əsaslanıb ərazilərimizi terrorçulardan təmizləmək üçün tədbirlər həyata keçirməliyik.
Belə xəbərlər ictimaiyyətdə narahatlıqlar yaradır. Mən tam əminliklə deyirəm ki, 44 gün ərzində ərazilərimizi düşməndən təmizləyib qələbə çalan Azərbaycan Ordusu az miqdarda qalmış erməni tör-töküntülərini çox qısa müddətdə yox etməyə qadirdir. Bizim ərazilərimizin 20 faizi işğal olunmuşdu. Bu gün, təxminən, 3 min kvadratkilometrə yaxın çox az hissədə separatçılar qalır. Yaxın zamanlarda onlar da axırıncı nəfərinədək Azərbaycan ərazilərindən təmizlənəcəklər. Sadəcə olaraq, cənab Prezidentimiz bunu bu yaxınlarda keçirilən Qoşulmama Hərəkatının tədbirində də dedi, ondanəvvəlki çıxışlarında da bəyan etmişdi. Prezident bildirmişdi ki, biz yenidən müharibənin alovlanmasının tərəfdarı deyilik. İstəyirik ki, müharibədən sonra imzalanmış üçtərəfli sənədlər əsasında, həm Rusiya, həm də Avropa İttifaqı müstəvsində keçirilmiş görüşlərdə qəbul olunmuş qərarlar sülh yolu ilə öz həllini tapsın. Görünür ki, Ermənistan öhdəliklərə əməl etmək istəmir. Düşünürəm ki, Rusiya sülhməramlılarının iştirakı ilə davam edən erməni fironluğu uzun çəkməyəcək. Cənab Prezident, Ali Baş Komandanımızın rəhbərliyi ilə işlər görüləcək və ərazilərimiz bu separatçılardan təmizlənəcək. Azərbaycan Ordusu özünün mövcud olan gücündən istifadə edib əraziləri separatçlardan təmizləyəcək.
– Elman müəllim, elə bu günlərdə erməni mediası xəbər yaydı ki, Amerika Erməni Milli Komitəsinin (ANCA) nümayəndə heyəti Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisinə səfər edib, orada özünü “Dağlıq Qarabağın xarici işlər naziri” adlandıran Babayanla görüşlər keçirib və daha nələr. Əlbəttə ki, sual olunur: erməni diasporunun nümayəndələri Laçın dəhlizindən necə keçiblər və niyə keçməlidirlər?
–Rusiya hərbi kontingenti “Laçın” dəhlizində hərəkətin təhlükəsizliyinə təminat vermək vəzifəsini icra etməlidirlər. Azərbaycanın sərhədçisi vəzifəsi onlara həvalə olunmayıb. Onlar Ermənistanın sərhədçiləri olublar və bu gün də sərhədlərini Rusiya əsgərləri qoruyurlar. Azərbaycanın sərhədini öz sərhədçisi qorumalıdır. Həmin “Laçın dəhlizi” deyilən yerdə də birincisi, Azərbaycan sərhəd buraxılış məntəqəsi olmalıdır və Azərbaycan sərhədçisi orada dayanmalıdır. İkincisi, əgər müharibənin qurtarmasndan 2 ilə yaxın vaxt keçirsə və bu günə qədər Zəngəzur dəhlizi yoxdursa, niyə Laçın dəhlizi olmalıdır?! Birdəfəlik bu şərti qoyub Laçın dəhlizini bağlamaq səlahiyyətinə malikik. Xarici ölkə nümayəndələrinin Rusiya sülhməramlılarınn icazəsi, müşayiəti ilə Qarabağa girişi birinci dəfə deyil. Bu, Azərbaycan ərazi bütövlüyünün kobud surətdə pozulması deməkdir. ABŞ, Rusiya, Fransanın nə deməsinin bizim üçün o qədər də əhəmiyyəti olmamalıdır. Onlara bir sualla müraciət etmək olar: siz belə demokratiyadan, hüquqdan, dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığından, sərhədlərin toxunulmazlığından danışırsınızsa, niyə bu qanunları özünüz pozursunuz?! Siz özünüz razı olarsınızmı ki, sizin ərazilərinizdə tanınmamış separatçı qurum fəaliyyət göstərsin?! Təbii ki, onların bu sala cavabı yoxdur. O zaman niyə bu vəziyyəti bizə rəva görürsünüz?!
Burada sadə bir məntiq var: əgər Ermənistan və himayədarları Azərbaycan ərazisində kompakt yaşayan, haradasa 25-30 min erməninin Ermənistanla təhlükəsizlik hərəkətinin təmin olunması üçün canfəşanlıq edir və buna şərait yaradılmasını tələb edirlərsə, onda yarım milyona qədər Naxçıvan əhalisinin Azərbaycanla quru yolla birbaşa əlaqəsinin yaradılması üçün niyə narahat olmurlar? Demək, bu 20 min erməninin qayğısına qalıb onların Laçın dəhlizi ilə rahat gedişini-gəlişini təmin etmək olar, amma Azərbaycan öz ərazilərində Zəngəzur dəhlizi ilə hərəkət edə bilməzlər?! Bu, hansı kitabda, hansı qanunda yazılıb?! Buna görə də birmənalı olaraq, qəti mövqe ortaya qoyulmalıdır ki, Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi də olmayacaq.
– Elman müəllim, bu günlərdə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da Zəngəzur dəhlizinin açılmasını, sərhədlərin müəyyənləşməsini, kommunikasiyaların açılması və münasibətlərin normallaşması zərurətini qeyd edib. Eyni münasibət Aİ-nin prezidenti Şarl Mişel tərəfindən sərgilənib. Bir sözlə, beynəlxalq aləmin Azərbaycanın haqlı savaşı ilə bağlı hazırkı mövqeyi nədir?
– Fərqli münasibətlər olacaq. Dünya nizamında belə münasibətlər olub. O münasibətləri sərgiləyənlər də vəziyyəti normallaşdırmaq üçün yox, aranı qarışdırmaq üçün edirlər.
Digər tərəfdən, belə vəziyyət yaranıb: Ermənistan Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayıb. Həmin o ATƏT-in Minsk Qrupu, BMT-də dediyiniz Almaniya və digər Avropa dövlətləri də yalnız bu fikirləri səsləndirirdilər: “İşğala son qoymaq lazımdır, Ermənistan işğal edilmiş əraziləri təmizləməlidir”. Erməni işğalçıları Azərbayan ərazilərindən çıxdımı? Xeyr. Yəni bu söz, fikir deyilirdi, ancaq bir əməl, qəti hərəkət yox idi. Axırda Azərbaycan Ordusu bunların 30 ildə edə bilmədiyini 44 gün ərzində etdi. İndi də müharibədən sonra belə oyunlar başlayıb. Moskva bir tərəfdən, Qərb, Amerika bir tərəfdən. Hə, arada Ermənistana məsləhət görülür ki, sərhədlərin delimitasiyası, demorkasiyası olsun, sülh sazişi imzalansın, Zəngəzur dəhlizi açılsın kimi məsləhətlər verirlər. Yəni söz deyən, münasibət bildirən çoxdur, ancaq erməni qanmazlarını belə rahatlıqla başa salmaq çətindir. Erməni sözü ilə sülh sözü bir-biri ilə 180 dərəcə əks-qütblərdə dayanır. Onları başa salmaq üçün Azərbaycan əsgəri yumruğu onların başına vurmalıdır.