Ağdamda daha iki şirkətə rezidentlik statusu verildi

Ağdamda daha iki şirkətə rezidentlik statusu verildi  
İqtisadiyyat Nazirliyinin Ağdam Sənaye Parkında daha iki sahibkara rezidentlik statusu verilib və rezidentlərin sayı 7-yə çatıb.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Prof-Dam” MMC 2 ha ərazidə müxtəlif növ dam örtüklərinin istehsalı müəssisəsi inşa edəcək, “Metkons” MMC isə havalandırma,yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların istehsalı ilə məşğul olacaq. İnvestisiya dəyəri 9 milyon manata yaxın olan layihələrin reallaşması ilə 85 nəfər daimi işlə təmin ediləcək", - nazir qeyd edib.


Geri qayıt