Xocalı sakini övladları ilə niyə görüşə bilmir? - ƏDLİYYƏ NAZİRLİYİNİN QƏRƏZLİ YANAŞMASI

Xocalı rayon sakinin "Hurriyyet.az"da yayımlanmış şikayətin daha ətraflı qeyd etdiyimiz linkdən oxuya bilərsiniz: (https://hurriyyet.az/az/post/siyasi-fealiyyetine-gore-ovladlari-elinden-alindi---xocali-icra-numayendesinin-usaqlari-girov-saxladigi-iddia-edilir-364416)
Məsələ ilə bağlı Ədliyyə nazirliyi ilə əlaqə saxladıq. Qurumdan "Hurriyyet.az"a bildirilib ki, övladları atası ilə görüşməkdən imtina etməsi, buna görə qarşı tərəf ilə mübahisə etməsi məhkəmə qərarının icrasında çətinliklər yaradır:
"Bildirilir ki, Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən vətəndaş Türbəndəyev Nazim Yaqub oğlunun övladları ilə ünsiyyətdə olmaq hüququnun təmin olunması ilə bağlı icra sənədinin icrası nəzarətdə saxlanılaraq, qanunamüvafiq tədbirlər görülür.
Lakin övladlarının atası ilə görüşməkdən imtina etməsi, buna görə qarşı tərəf ilə mübahisə etməsi məhkəmə qərarının icrasında çətinliklər yaradır. Bununla əlaqədar N.Türbəndəyevlə dəfələrlə profilaktik söhbətlər aparılaraq ona qanunvericiliyin tələbləri izah edilmiş və o, iş üzrə heç bir şikayətinin olmadığını bildirmişdir.
İcra prosesində Nazim Türbəndiyevə övladı ilə görüşlər, o cümlədən sonuncu dəfə 08.04.2022-ci il tarixdə təşkil edilsə də, o, bundan imtina etmişdir".
PS. Təəssüf ki, Ədliyyə nazirliyinin açıqlamasında qərəzlilik müşahidə edilir. Əgər, redaksiyamıza şikayət edən Nazim Türbəndiyev övladları ilə görüşmək istəmirsə, niyə aidiyyatı orqanlara, eləcə də mediaya müraciətlər ünvanlayır. Məhkəmənin qərarını icra etməmək, birbaşa Azərbaycan Respublikasının qanunlarına tüpürmək deməkdir. Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Beynəlxalq Dövlətlər Birliyinin tamhüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçmişdir. Bu gün hər bir cəmiyyətin və dövlətin inkişafı demokratiya və insan hüquqlarına hörmət olmadan mümkün deyil. Demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi surətdə bağlı olan və bir-birini şərtləndirən amillərdir. Təəssüf ki, məhkəmə qərarını icra etməli olan müvafiq şöbə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, nəyinsə müqabilində atanın övladları ilə görüşməsinə maneçilik yaradır. Hətta məhkəmə qərarının olmasında baxmayaraq...