Türk Dövlətləri Təşkilatına ödənişlərin yeni bölgüsü müəyyənləşdi

Türk Dövlətləri Təşkilatına ödənişlərin yeni bölgüsü müəyyənləşdi  
Prezident İlham Əliyev “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları haqqında Sazişə üzv dövlətlərin məcburi ödənişlərinin həcmi ilə bağlı Protokol”un təsdiq edilməsi barədə” qanunu təsdiqləyib.

Qanuna əsasən, Özbəkistanın Türk Dövlətləri Təşkilatına üzv olması ilə əlaqədar təşkilatın Katibliyinin büdcəsinə məcburi ödənişlərin üzv dövlətlər arasında bölgüsü dəyişib.

Maliyyə ili təqvim ilinin yanvar ayının 1-dən başlayan və dekabrın 31-də başa çatan vaxt müddətidir. Ödənişlər isə cari maliyyə ilində Katibliyin fəaliyyəti ilə bağlı xərclərin ödənməsi məqsədilə Tərəflər üçün müəyyən edilmiş məbləğlər deməkdir. qanuna əsasən, Özbəkistanın Türk Dövlətləri Təşkilatına üzv olması ilə əlaqədar ödənişlərin bölgüsü aşağıdakı kimi müəyyənləşdirilib:

Azərbaycan Respublikası - 2/18

Qazaxıstan Respublikası - 4/18

Qırğız Respublikası -1/18

Türkiyə Respublikası - 8/18

Özbəkistan Respublikası- 3/18.
Geri qayıt