"Bakı-Moskva reysləri bərpa edilmir" - AZAL

"Bakı-Moskva reysləri bərpa edilmir" - AZAL  
“Bir sıra yerli KİV və sosial şəbəkələrdə Azərbaycan aviaşirkətləri tərəfindən Moskva hava limanlarına uçuşların müəyyən tarixdən bərpası ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətinin yaydığı məlumatda qeyd edilib.

Bildirilib ki, ölkənin aviadaşıyıcıları tərəfindən bütün reyslərin yerinə yetirilməsi haqqında etibarlı məlumatlar AZAL-ın rəsmi resurslarında yerləşdirilir.
Geri qayıt