Bakıda piyada zolağını elə yerə çəkdilər ki... - Görənlər gülür - VİDEO

Bakıda piyada zolağını elə yerə çəkdilər ki... - Görənlər gülür - VİDEO Bu yolda piyada zolağının çəkilişində səhvə yol verilib. Nəticəsindən isə piyadalar əziyyət çəkir. Söhbət paytaxtın Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsindəki yoldan gedir. Bu yolda piyada zolağı qaydalara uyğun çəkilməyib. Yəni, hazırda çəkilən piyada zolaqlarının bir hissəsi səkiyə çıxanda digər hissəsi piyadaları otluq olan əraziyə aparır. Bu yolda piyada zolağı ilə bağlı olan problem tək bununla yekunlaşmır. Bir neçə metr irəli getdikdə eyni vəziyyət burda da yaşanır. Yenə piyada zolağı düz otluq əraziyə doğru çəkilib.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov bildirdi ki, əraziyə əməkdaşlar tərəfindən baxış keçiriləcək. Əgər yolda piyada zolağı ilə bağlı problem varsa o da aradan qaldırılacaq.
Geri qayıt