Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.
09 Fevral 2022-ci il tarixində 7779 yoluxma faktı və 28 ölüm qeydə alındığı açıqlanmışdı. 09 Fevral 2022-ci il tarixində açıqlanmış fakt (7779) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayıdır.
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 43027 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3145, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2039, "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 37843 nəfərdir.
