Türkiyə parlamentinin komissiyası Şuşa Bəyannaməsini təsdiqlədi

Türkiyə parlamentinin komissiyası Şuşa Bəyannaməsini təsdiqlədi Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komissiyası Şuşa Bəyannaməsini təsdiqləyib.

Fevralın 4-də komissiyanın iclası keçirilib.

Toplantıda Şuşa Bəyannaməsi müzakirə olunub.

İclasda Türkiyə xarici işlər nazirinin Yavuz Selim Kıran da iştirak edib.

Müzakirələrdən sonra komissiya Şuşa Bəyannaməsini təsdiqləyib.
Geri qayıt