“Bakcell”in soyğunçuluğu pik həddə: Abunəçi şirkəti ifşa etdi - Faktlar
“Sizə şikayətim Bakcell mobil operatorundandır. Deməli mən 077 594 89 18 nömrəmi Mobil Nömrələrin Daşınması Xidməti vasitəsi ilə Azerfondan (Nar) Bakcell-ə 03.04.2017-ci il tarixində daşıdım. Lakin Bakcell-in xidmət səviyyəsi bərbad vəziyyətdədir”.
Bu sözləri abunəçi İlkin Məmmədkərimov yazıb. Onun sözlərinə görə, Bakcell-də məsuliyyət və abunəçilərə fərdi yanaşma yoxdur:
“Müştəri Xidmətlərində təmsilçilər abunəçinin problemini qeydə almaq əvəzinə əksinə abonenti borclu çıxardır, üstəlik call center-də çalışan "təmsilçilər" tərbiyəsizcəsinə əlaqəni kəsirlər.
Bakcell-də sadaladığım bütün hallar şirkət tərəfindən normal hal kimi qiymətləndirilir. Belə olmasaydı mobil operator abunəçilərin şikayətinə məsuliyyətlə yanaşar, müştəri məmnuniyyəti şirkət üçün ön planda olardı.
Lakin görünən odur ki, Bakcell-i müştəri məmnuniyyəti, xidmət səviyyəsi maraqlandırmır. Bakcell-i maraqlandıran yalnız soyğunçuluqla abunəçilərin pulunu oğurlamaqdır.
Bu il girəndən Bakcell tariflərini sürətlə qaldırır. Məsələn, əvvəllər nömrənin dublikatının çıxarılması 2 manat 50 qəpik idisə, indi 3 manat 50 qəpikdir.
Yeni ada qeydiyyat 2 manatdan 4 manata, izahlı qaimənin, yəni nömrədən gedən zənglərin siyahısının çıxarılması 1 ay üçün 2 manatdan 3 manata, 2 ay üçün 4 manatdan 6 manata, 3 ay üçün 5 manatdan 9 manata qaldırılıb”.
Şikayətçi şirkətin fırıldaqlarını açıqlayıb: “Bu və digər xidmətlər "Bakcell" abunəçilərinin ən çox üz tutduğu xidmət növlərinə aiddir. Üstəlik Bakcell danışıq qiymətlərinidə qaldırıb.
Belə ki ƏlaCIN tarifində şəbəkəxarici danışıq 1 dəqiqə=0,09 qəpikdən 1 dəqiqə=0,12 qəpiyə qaldırılıb.(17.04.2017-ci il tarixindən qaldırılıb.)
Bütün bu sadaladıqlarım hələ bu bahalaşmaların bir hissəsidir. Onsuzda bizdə qiymətlər digər ölkələrlə müqayisədə 3-4 dəfə bahadır və buna görə dəfələrlə mobil operatorlar haqlı olaraq kəskin tənqid olunublar.
Lakin tənqiddən nəticə çıxartmaq və qiymətləri endirmək əvəzinə mobil operatorlar əksinə hər il qiymətləri 2-3 dəfə qaldırır. Hətta elə ölkələr var ki, həmin ölkələrdə mobil danışıq tarifləri bizim ölkə ilə müqayisədə 5 dəfə ucuzdur.
Təsəvvür edin Avropa Birliyi ölkələri öz aralarında rouminqi ləğv edir, bizdə isə mobil operatorlar rouminq xidməti üçün fantastik qiymətlər müəyyənləşdirir. Mobil operatorlarla bağlı çox sərt tədbirlər görülməlidir”.
Geri qayıtBu sözləri abunəçi İlkin Məmmədkərimov yazıb. Onun sözlərinə görə, Bakcell-də məsuliyyət və abunəçilərə fərdi yanaşma yoxdur: