Fatma Səttarovaya prezident təqaüdü veriləcək

Fatma Səttarovaya prezident təqaüdü veriləcək Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında ölkə başçısı İlham Əliyev sərəncam verib.

xalqxeber.az xəbər verir ki, sərəncamda bildirilir:

1. Azərbaycanın ictimai həyatında səmərəli fəaliyyətinə görə Fatma Hüseyn qızı Səttarovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Geri qayıt