Yəməndə hərbi təyyarə vuruldu

Yəməndə hərbi təyyarə vuruldu Yəmənin Marib şəhərində Husi üsyançıları hərbi təyyarəni zərərsizləşdiriblər.
Xalqxeber.az xəbər verir ki, bu barədə üsyançıların sözçüsü Yahya es-Səri açıqlama verib. Məlumata görə, ABŞ istehsalı olan təyyarə bölgədə “düşmən fəaliyyəti” yürütdüyünə görə hədəfə alınıb. Yəmən hökuməti məsələ barədə açıqlama verməyib.
Qeyd edək ki, son günlər Marib şəhəri uğrudan döyüşlər şiddətlənib. Husi üsyançıları şəhəri ballistik mərmilərlə bombalayır.
Geri qayıt