Azərbaycanda daha 1265 nəfər koronavirusa yoluxub, 17 nəfər ölüb - FOTO

Azərbaycanda daha 1265 nəfər koronavirusa yoluxub, 17 nəfər ölüb - FOTO

Son sutkada Azərbaycanda koronavirusa 1265 yeni yoluxma faktı qeydə alınıb, 868 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 495 332 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 475 382 nəfər müalicə olunaraq sağalıb, 6 709 nəfər vəfat edib, aktiv xəstə sayı 13 241 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 654, ötən müddət ərzində isə ümumilikdə 4 979 535 test aparılıb.


Geri qayıt