Mingəçevirdəki bahalı villa kimə məxsusdur?

Mingəçevirdəki bahalı villa kimə məxsusdur? Mingəçevir şəhər sakinlərinin sözlərinə görə, bu villanın tikintisində işləyən fəhlələr isə əslən Kəlbəcərdəndir
Redaksiyaya Mingəçevir şəhər sakini tərəfindən məlumat daxil olub. Fotonu göndərən şəxs(ad anonim saxlanılır red.) yazır ki, şəkildəki qiyməti milyonlarla ölçülən bu villa yüksək çinli məmura məxsudur.
İddiaların nə dərəcədə doğru olduğu hələlik qaranlıq olaraq qalır. Mingəçevir şəhər sakinlərinin sözlərinə görə, bu villanın tikintisində işləyən fəhlələr isə əslən Kəlbəcərdəndir.
Maraq doğuran məqamlardan biri isə, villanın böyük bir hissəsinin Kür çayının altında olması iddialarıdır.
Qeyd edək ki, villanın önündə gəmi ilə səyahətə çıxmaq üçün xüsusi keçid belə qoyulub.
Sözügedən villanın kimə məxsus olduğunu araşdıracağıq və yaxın saatlarda izləyicilərimizin diqqətinə çatdıracağıq.
Mingəçevirdəki bahalı villa kimə məxsusdur?
Mingəçevirdəki bahalı villa kimə məxsusdur?
Geri qayıt