Rayona ictimai nəqliyyatla gedənlərdən COVİD-19 pasportu tələb ediləcək

Rayona ictimai nəqliyyatla gedənlərdən COVİD-19 pasportu tələb ediləcək Çox sayda insanın uzun müddət qapalı yerdə toplaşmasının koronovirus infeksiyasının yayılmasına münbit şərait yaratması nəzərə alınaraq, insanlar arasında COVİD-19 virusuna yoluxma riskinin azaldılması məqsədilə şəhər və rayonlar arası müntəzəm sərnişin daşımaları ilə bağlı qərar qəbul edilib.

Bu barədə Operativ Qərargahın yaydığı məlumatda bildirilir.

Qərara əsasən, Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu arasında müntəzəm sərnişindaşıma istisna olmaqla,  ölkənin şəhər və rayonlarından dəmir yolu nəqliyyatı və avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları (taksi minik avtomobilləri ilə sərnişin daşımaları istisna olmaqla) həyata keçirilərkən yaşı 18-dən aşağı olan şəxslər istisna olmaqla,  sərnişinlərdən 2021-ci il 1 oktyabr tarixindən etibarən COVID-19-a qarşı birinci doza, 2021-ci il 1 noyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.
Geri qayıt