Kəmalədin Heydərova bağlılığı ilə bilinən şirkətlərdən birinin direktoru dəyişib
Azərbaycanın ən böyük çörək zavodlarından birini – Əhmədli qəsəbəsində fəaliyyət göstərən “Nömrə 1” çörək zavodunu inşa edən “Xəzri TN” MMC-nin direktoru dəyişib.
Yeniavaz.com Vergilər Xidmətinin reyestr məlumatlarına istinadən bildirir ki, nizamnamə kapitalı 29 milyon 483 min 635 manat olan MMC-nin yeni direktoru Qasımov Ramil Cəlil oğlu olub.
Əvvəllər bu vəzifəni hazırda nizamnamə kapitalı 98 milyon 483 min 64 manat olan “Gilan Holding” MMC-nin direktoru Cəmil Tahir oğlu Muradov icra edib.
Onu da bildirək ki, Cəmil Tahir oğlu Muradov “Gilan Holding”ə bağlılığı olan bir-çox şirkətə rəhbərlik edir.
Uzun illərdi mətbuatda Cəmil Muradovun fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın qohumu (xalası oğlu) olduğu barədə məlumatlar yayılır və bu məlumat bugünə kimi təkzib olunmayıb.
“Xəzri TN” MMC-nin yeni direktoru Qasımov Ramil Cəlil oğlu eyni zamanda “CSRQ” MMC və “Promocean” MMC-yə rəhbərlik edir. Ramil Qasımovun rəhbərlik etdiyi “CSRQ” MMC “Gilan” adı altında fəaliyyət göstərən bir neçə şirkətinin qeydiyyatda olduğu Bakı şəhəri, Neftçilər prospekti, ev 143 ünvanında qeydiyyatdadır.
Məlumat üçün bildirək ki, 2012-ci ildə İqtisadiyyat Nazirliyinin açıqladığı məlumatda “Nömrə 1” çörək zavodunun “Xəzri TN” MMC tərəfindən inşa olunduğu qeyd olunub. Hazırda “Nömrə 1” çörək zavodunun rəsmi saytında zavodun “Gilan Holding”ə məxsus olduğu yazılır.
Geri qayıtYeniavaz.com Vergilər Xidmətinin reyestr məlumatlarına istinadən bildirir ki, nizamnamə kapitalı 29 milyon 483 min 635 manat olan MMC-nin yeni direktoru Qasımov Ramil Cəlil oğlu olub.