Daha bir icra hakimiyyətində HƏBSLƏR GÖZLƏNİLİR - İDDİA

Daha bir icra hakimiyyətində HƏBSLƏR GÖZLƏNİLİR - İDDİA Bizim bu sualımız təkcə hörrmətli Elşən Salahova deyil.
Elşən Salahovun timsalında MƏMUR olmağa can atan, kreslo üçün sinov gedən, xırda məmur işinə dəyər verən, bu yolda hər cürə mərhumiyyətlərə hazır olan GƏNC-lərimizədir.
Cənab Elşən Salahov !
Siz çox nüfuzlu ali məktəblərdən biri olan Xəzər Universitetini bitirmisiniz. Hörmətli Hamlet İsaxanlının rəhbərlik etdiyi Xəzəri.
Hansı fakültəni, hansı ixtisas bitirdiyinizi müəyyən edə bilmədik, çünki tərcümeyi-halınızda bilərəkdən, bəlkə də bilməyərəkdən gizlətmisiniz. Niyəsini bilmirik.
“Xəzər”i bitirən kimi, elə həmən il “Narxoz”a girmisiniz.
Hörmətli Elşən müəllim, bu qaçhaqaçın səbəbi nə idi ?
Axı, sən universiteti yenicə bitirmisən, partadan təzəcə durmusan, heç ixtisasın üzrə bircə gün də işləyib ləzzətini çıxarmamısan və....qaçhaqaçla “Narxoz”a girdin.
Sonra Allah heç qoymasa, Dövlət İdarəçilik Alademiyasına girdin. O boyda Akademiyanı bitirəndən sonra gəlib Xəzər Rayon İcra Hakimiyyətidə Təsərrüfatı şöbəsinin müdiri oldun.
Təsərrüfat şöbəsinin müdiri bilirsən nədir ? ''Aftafa daşıyan'', binanın təsərrüfatına nəzarət edən, el arasında “zavxoz”, zarafatla “aftafa daşıyan” şöbə deyirlər.
Elşən Salahov, 3 ali məktəbdən sonra utanmadın ki, “zavxoz” işlədin ?
Sən keçdiyin yolu bu gün demək olar ki, əksər gənclərimiz keçir. 3 universitetdə öyrəndiklərini “zavxoz”a tətbiq elədin.
Bu ziqzaqlı gedişlərin son məqsədini bilirəm: İcra başçısı olmaq. Və nəhayət Xəzərin icra başçısı oldun.
Axı, sən hansısa sahədə elm adamı da ola bilərdin. Niyə özünü elmə deyil, məhz ''aftafa daşımağa'' həsr etdin. Məmuriyyət işi sənin üçün niyə bu qədər maraqlı idi ?
Çünki məmur işində rüşvət və korrupsiya var, milyonlar var.
Məhz buna görə, sən və sənin kimilər məmur olmağa belə maraq göstərir.
Elşən Salahov, biz təkcə səni deyil, sənin kimiləri nəzərdə tuturuq.
Korrupsiya gənclərimizi narkomaniya kimi məhv edir.
Neçə icra başçısı həbsxanadadır, cənab Elşən Salahov ?
İraq olsun, nə bilirsən səni həmən taleh gözləmir ?
Sən düz adamsansa, niyə cinayətkarı həbsxanadan azad etdiririsən ?
Axı, Ulu Öndərimiz deyirdi, dövlət iki halda dağılır: Cinayətkar cəzasız qalanda və günahı olmayan kəs cəza alanda.
Media yazır ki, Elşən Salahov, Xəzər RİH-nin həbs olunan şöbə müdirini 1 ay sonra azad etdirib. Bərəkallah.
Bəli, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməliyyat keçirib və icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tural Zeynalov cinayət başında yaxalanıb. O, rüşvət müqabilində qanunsuz olaraq müvafiq tikinti sənədi verərkən qandallanıb.
Cəmi 1 ay sonra aprelin sonunda məhkəmə qarşısına çıxarılan Tural Zeynalov 200 manat cərimə edilərək azadlığa buraxılıb.
Bu necə ola bilər, Elşən Salahov ?
Elşən Salahov, onun əməllərindən sənin xəbərin olmaya bilərdimi ?
Görək Tural Zeynalov daha nələrlə məşğul olub ?
Yayılan məlumatlardan bəlli olur ki, Tural Zeynalov sənədli evlərə görə sxem-planın verilməsi üçün vətəndaşlardan 3 min manat, sənədsiz evlərin tikintisi üçünsə 5 min manat pul alıb. Bundan başqa, Tural Zeynalov istintaq zamanı Xəzər rayon İcra Hakimiyyətinə təhkim edilən, rayon ərazisində ictimai işlərə cəlb edilməli 575 nəfərdən neçəsinin "ölü can” olduğunu, onlara aid əməkhaqqı kartlarının hansı vəzifəli şəxslərin cibində olduğunu da açıqlayıb.
Onu da qeyd edək ki, Tural Zeynalov Xəzər Rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri vəzifəsinə təyin edildikdən sonra böyük varidat sahibinə çevrilib. O, qısa müddətdə "Audi-6”, "Niva” "Ford” markalı maşınlar alıb, hər bir maşına sonluğu 888-lə bitən nömrə nişanı da bağlatdırıb. Tural Zeynalovun rayon ərazisində ayrı-ayrı şəxslərin adına rəsmiləşən torpaq sahələrinə də sahibləndiyi bildirilir.
Bütün bunlardan sənin xəbərin olmayıb, cənab Elşən Salahov?

Deməli şərik olmusunuz. Və həbs olacağından qoxuya düşən Salahov öz işçisini qısa vaxtda azad atdirib.
Bu qədər bəsit və sadə. Başınızı sındırmayın.

//gundelik-baku.com//
Geri qayıt