Vilayət Eyvazov DYP rəisini İŞDƏN ÇIXARDI - Qaradağda NÖVBƏTİ DƏYİŞİKLİK

Vilayət Eyvazov DYP rəisini İŞDƏN ÇIXARDI - Qaradağda NÖVBƏTİ DƏYİŞİKLİK Dövlət Yol Polisində (DYP) növbəti kadr dəyişikliyi olub.

Bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Qaradağ Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis mayoru Vüqar Orucov tutduğu vəzifədən azad olunub.

Nazirin digər əmri ilə, polis polkovnik-leytenantı Rafiq Məmmədov Qaradağ rayon DYP-nin rəisi təyin olunub.

Qeyd edək ki, o, bu təyinatadək Suraxanı DYP-nin rəisi vəzifəsində çalışıb.
Geri qayıt